Beynəlxalq Bank İsrail şirkətinin depozitini qaytara bilmir

Beynəlxalq Bank İsrail şirkətinin depozitini qaytara bilmir
# 26 iyul 2016 09:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İsrailə məxsus “B.S.D. Crown LTD” şirkəti Azərbaycan Beynəlxalq Bankında (ABB) saxladığı əmanət və nağd pul vəsaitlərini geri çəkmək istəyir. “APA-Economics” şirkətin rəsmi internet səhifəsində yer alan məlumata əsasən xəbər verir ki, ABB-dən bildirilib ki, şirkətin bankda ümumilikdə 13,6 mln. dollar depoziti var.

Bundan başqa, şirkətin depozitini geri çəkmək istəməsinə cavab olaraq bankdan təklif olunub ki, faizlərlə birgə həmin depozit 2017-ci ilin may ayına qədər ilkin məbləğ 500 min dollar olmaqla 12 aylıq hissələrlə transfer olunsun. Şirkət isə ABB-nin səhmlərinin dövlətə məxsus olduğunu, o cümlədən Azərbaycanda ümumi məzənnə və likvidlik məsələlərini nəzərə alaraq təklifdən imtina edib. Buna baxmayaraq, iyulun 20-nə kimi ABB şirkətə 250 min dollar vəsait transfer edib.

Məlumatda o da bildirilir ki, nəticə etibarilə şirkət bütün mümkün vasitələrdən istifadə edəcək və bankdan mümkün qədər tez bir zamanda şirkətin yerləşdirdiyi bütün əmanəti qaytarmasını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR