Səlim Müslümovun Daşkəsəndə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Səlim Müslümovun Daşkəsəndə vətəndaş qəbulunun vaxtı dəyişdirilib
# 25 avqust 2016 10:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsən rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, avqustun 30-dan avqustun 29-na keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, S. Müslümov həmin gün saat 10:00-da Daşkəsən rayonunda bu rayonun, eləcə də Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Daşkəsən rayonu üzrə (022) 305-33-47, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər rayonları üzrə (022) 256-74-94 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR