Şair Sərraf Şiruyə vəfat edib

Şair Sərraf Şiruyə vəfat edib
# 08 dekabr 2015 06:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Şair Sərraf Şiruyə vəfat edib. Bu barədə APA-ya şairin qohumu Qılman İman məlumat verib.

Sərraf Şiruyə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi Bərdə rayonunda keçiriləcək.

Qeyd edək ki, S. Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub.1992-1996-cı illərdə döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərib.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Məmməd Araz” və “H.B.Zərdabi” mükafatları laureatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR