Kanadada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs öldürülüb - YENİLƏNİB

Kanadada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 11 avqust 2016 04:50 (UTC +04:00)

Bakı-APA. Kanadada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs polis tərəfindən məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə CBC kanalı xəbər verib.

Məlumata görə, öldürülən şəxs İŞİD tərəfdarı 24-yaşlı Aaron Drayverdir. A. Drayverin ailə üzvləri onun ölüm faktını təsdiqləyiblər. Onun 2015-ci ildə həbs edildiyi, daha sonra isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığı bildirilir.

***

05:58

Bakı-APA. Kanada polisi ölkənin ən iri şəhərlərindən birində terror aktının qarşısını alıb.

APA-nın CTV telekanalına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan İŞİD-lə əlaqəli şəxs avqustun 10-da əhalinin sıx olduğu yerdə özünü partlatmaq istəyirmiş.

“Terror aktını planlaşdıran şəxs şübhəli qismində saxlanılıb. Həmçinin ictimai təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülüb”, polisin məlumatında deyilir.

İstintaq əməliyyat tədbirlərinin davam etdiyi səbəbindən əməliyyatın detalları hələ ki, açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR