Rəsmi Moskva prezidentlərin üçtərəfli görüşünün iyunun 20-si keçiriləcəyini açıqlayıb

Rəsmi Moskva prezidentlərin üçtərəfli görüşünün iyunun 20-si keçiriləcəyini açıqlayıb
# 14 iyun 2016 15:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiya prezidenti Vladimir Putin 20 iyun tarixində Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək.

APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

Onun sözlərinə görə, əvvəlcə Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ilə ayrılıqda görüş keçirəcək və daha sonra görüş üçtərəfli formatda baş tutacaq “Təbii olaraq tərəfimizdən münaqişə tərəflərinə kömək etməklə bağlı aktiv səy göstəriləcək. Mən deyərdim ki, biz artıq son hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynamışıq. Biz Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında qeyd olunan prinsiplər əsasında Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə öz vasitəçilik missiyamızı davam etməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR