Milli Məclisdəki 1 yer uğrunda 10 nəfər mübarizə aparacaq

Milli Məclisdəki 1 yer uğrunda 10 nəfər mübarizə aparacaq
# 08 oktyabr 2015 15:56 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.


M. Pənahov deyib ki, bu, 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir. Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərinin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

MSK sədrinin sözlərinə görə, indiyə qədər MSK-ya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14 müraciət isə təmin olunmayıb: “Üç-dörd hala görə namizədliyin qeydə alınmamasına görə bunun kütləvi hal aldığı barədə fikirlərin heç bir əsasının olmadığı ortadadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR