Türkiyədə dövlət çevrilişinə cəhd AŞPA sessiyasında müzakirə ediləcək

Türkiyədə dövlət çevrilişinə cəhd AŞPA sessiyasında müzakirə ediləcək
# 10 oktyabr 2016 12:29 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayıb.

APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, sessiyanın ilk iş günündə qurumun sədri Pedro Aqramunt gündəlikdə duran məsələlərdən danışıb. O, AŞPA Bürosunun iclasında « Dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət » adlı hesabatının cari məsələ kimi müzakirəsinin qəbul olunduğunu bildirib. Bu məsələ AŞPA sessiyasının dördüncü günündə keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR