Bərdədə 200 yaşı olan ağac aşıb

Bərdədə  200 yaşı olan ağac aşıb
# 31 mart 2016 12:56 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda 200 yaşı olan ağac aşıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kənd sakini İsax Süleymanovun həyətində qeydə alınıb.

2 əsr yaşı olan irigövdəli palıd ağacı ötən gün rayon ərazisində əsən güclü küləyə tab gətirməyib. Gövdəsinin diametri 3 metrə çatan ağac beşmərtəbəli binadan hündür olub. İ. Süleymanov bildirib ki, ağacın aşması nəticəsində həyətyanı sahəsinə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR