Mingəçevirdə mənzildə meyit tapılıb

Mingəçevirdə mənzildə meyit tapılıb
# 24 dekabr 2015 08:19 (UTC +04:00)


Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevirdə bir evdə yerli sakininin meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhərinin Şah İsmayıl Xətai küçəsindəki 20 saylı yataqxana binasında orada yaşayan 1981-ci təvəllüdlü Nağıyev Əli Eldar oğlunun meyiti tapılıb. Valideynləri evə qayıdarkən onun naməlum səbəbdən dünyasını dəyişdiyini görərək bu barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat veriblər. Cəsəd müayinə edilərək ailəsinə təhvil verilib.

Meyitin üzərində heç bir zorakılıq və intihar əlamətləri aşkar edilməyib. Məlum olub ki, 35 yaşlı Əli Nağıyevin yatdığı yerdə ürək tutmasından dünyasını dəyişib. Onun spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR