Məktəbə hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib

Məktəbə hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib
# 19 oktyabr 2015 08:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu il məktəbə hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 124 məktəbdə (Binəqədi rayonu üzrə 100, 143, 144, 157, 246, 284, 300, Nərimanov rayonu üzrə 34, 36, 39, 45, 47, 57, 212, 258, Nəsimi rayonu üzrə 5, 19, 35, 46, 54, 111, 159, 164, 240, 16 THL, Nizami rayonu üzrə 10, 32, 62, 70, 129, 201, 210, 220, 229, 238, 250, 272, Pirallahı rayonu üzrə 168, 235, Qaradağ rayonu üzrə 110, 233, 274, 288, 294, 319, 320, 321, Sabunçu rayonu üzrə 68, 71, 75, 80, 96, 108, 112, 128, 142, 148, 155,187, 188, 252, 255, 307, 310, Səbail rayonu üzrə 7, 51, Suraxanı rayonu üzrə 84, 87, 89, 101, 104, 114, 140, 141, 146, 226, 232, 270, 275, 279, 281, 282, 285, 290, 316, 317, 318, 327, Xətai rayonu üzrə 17, 24, 29, 48, 56, 58, 59, 64, 95, 138, 165, 191, 204, 221, 245, 257, 263, 264, 265, Xəzər rayonu üzrə 117, 119, 120, 121, 123, 124, 125, 156, 181, 183, 234, 322, Yasamal rayonu üzrə 18, 20, 53, 60, 153) fəaliyyət göstərəcək.

Məlumatda bildirilib ki, məktəbəhazırlıq qrupları noyabrın 2-dən mayın 31-dək davam edəcək: “Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir.

Qeyd olunub ki, təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib”.

Qeyd edək ki, 2016-cı il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbəhazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd – sertifikat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR