Deputatlığa namizəd Jalə Əliyeva Zərdab kəndlərində seçicilərlə görüşlərini davam etdirir - FOTOSESSİYA

Deputatlığa namizəd Jalə Əliyeva Zərdab kəndlərində seçicilərlə görüşlərini davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2015 14:25 (UTC +04:00)

Bakı- APA. 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva Zərdab kəndlərində seçicilərlə görüşlərini davam etdirir.

APA-nın məlumatına görə, J.Əliyevanın növbəti görüşü rayonun Kəndəbil, Nəzərəlili, Şıxbağı və Ağabağı kəndlərindən olan seçicilərlə baş tutub.

Seçiciləri salamlayan Jalə Əliyeva bildirib ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişaf strategiyası həyata keçirilir. Deputatlığa namizəd deyib ki, dövlət başçısının gərgin əməyinin nəticəsi olaraq, bu gün bütün bölgələrimizdə dinamik sosial-iqtisadi inkişaf müşahidə olunur, əhalinin sosial rifah halının daha da yüksəldilməsi üçün mühüm addımlar atılır: “Cənab prezidentin rəhbərliyi altında aparılan genişmiqyaslı işlərin nəticəsi olaraq Zərdab rayonu da sürətlə inkişaf edir, abadlaşır və yenilənir”.

Millət vəkilinin xalqla dövlət arasında körpü rolunu oynadığını xatırladan Jalə Əliyeva bildirib ki, o deputat kimi fəaliyyət göstərdiyi illərdə daima seçiciləri tərəfindən qaldırılan məsələləri diqqətdə saxlayıb, onların həlli üçün müvafiq qurumlarla sıx təmasda olub: “Qadın və uşaqların hüquqlarının qorunması, aztəminatlı ailələrin mənzil problemlərinin həlli, həkim və müəllimlərin müxtəlif güzəştlərdən yararlanması və ümumilikdə sosial məsələlərə diqqət həmişə mənim fəaliyyətimin əsas istiqamətlərini təşkil edib. Eyni zamanda rayonumuzu və seçicilərimizi narahat edən bir sıra problemlərin həllinin sürətləndirilməsi üçün daima müvafiq qurumlarla sıx təmasda olmuşam”.

Görüşdə çıxış edən seçicilər Jalə Əliyevanın 5 illik deputat fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin problemlərinə böyük həssaslıqla yanaşdığını dilə gətiriblər. Kəndəbil, Nəzərəlili, Şıxbağı və Ağabağı kəndlərinin sakinləri qarşıdan gələn 1 noyabr parlament seçkilərində də Jalə Əliyevaya səs verəcəklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR