"Bakcell" və AFFA "Mançester Yunayted Futbol Məktəbi"nin ilkin hazırlıq qrupuna qəbul başlayır

"Bakcell" və AFFA "Mançester Yunayted Futbol Məktəbi"nin ilkin hazırlıq qrupuna qəbul başlayır
# 05 fevral 2016 08:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Bakcell” şirkəti “Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbuluna başlayıb.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, AFFA, “Bakcell” şirkəti və İngiltərənin “Mançester Yunayted” futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin artıq 5 aya yaxındır ki, ilkin hazırlıq qrupu öz fəaliyyətini davam etdirir. Lakin çoxsaylı istəkləri nəzərə alaraq, daha bir ilkin hazırlıq qrupunun yaradılmasına qərar verilib.

İlkin hazırlıq qrupunun 2003, 2004, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü uşaqlardan təşkil olunması planlaşdırılır. 5 həftəlik proqrama 130 manat ödəməklə qoşulmaq mümkün olacaq. Yeni qrupun məşqləri fevralın 15-də başlayacaq.

“Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupunda məşqlər həftədə 2 dəfə olmaqla Bayıl stadionunda İngiltərədən ezam olunnmuş “Mick Bennet” və assistentləri Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən keçiriləcək. Yerlər məhduddur. İkinci qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədlərlə 15.02.16 tarixində, saat 17:30-da “Bayıl Arena” stadionuna gəlmək lazımdır:

• Şəxsiyyəti təsdiq edən sənəd

• Sağlamlıq haqqında arayış

Qeydiyyatdan öncə aşağıdaki nömrəyə zəng edib ilkin qeydiyyatdan keçmək mütləqdir.

Qrupa yazılmaq istəyənlər üçün əlaqə vasitələri:

• +994 55 511 33 03 – Ramin Həsənov

[email protected]

“Mançester Yunayted Futbol Məktəbi” 2014-cü il sentyabrın 23-də yaranıb və oktyabrın 6-dan fəaliyyətinə start verilib. Dərslər həftədə 2 dəfə olmaqla praktiki və nəzəri şəkildə keçirilir.

Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 1 ilkin hazırlıq qrupu fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR