“Bakcell” müştərilərinə Yeni il öncəsi limitsiz şəbəkədaxili danışıq imkanı yaradır

“Bakcell” müştərilərinə Yeni il öncəsi limitsiz şəbəkədaxili danışıq imkanı yaradır
# 04 dekabr 2015 08:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti Yeni il qabağı yeni kampaniyaya start verir.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, daha çox dəyər və rahatlıq yaradacaq bu yeni kampaniya çərçivəsində “Bakcell” abunəçiləri gündə cəmi 0.59 manat ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanına malik olacaqlar.

Kampaniya bu ilin dekabrın 3-dən gələn ilin yanvarın 31-dək davam edəcək. Bu Yeni İl kampaniyası çərçivəsində bütün “Cin” və “Klass” abunəçiləri gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq əldə etmək imkanına malik olacaqlar. Yeni il kampaniyasına qoşulmaq üçün “Bakcell” abunəçiləri bu pulsuz USSD kodunu yığmalıdırlar– *552#YES.

Abunəçilər hər gün cəmi 0.59 manat ödəməklə gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq tarifinə abunə ola bilərlər. Bu kampaniyaya qoşularkən, növbəti 3 günün gündəlik abunə haqqı, yəni 1.77 manat, nömrənin balansında olan vəsaitdən çıxılır. 4-cü gündən etibarən isə kampaniyanın son gününədək gündəlik 0.59 manat abunə haqqı tutulur.

Kampaniyaya qoşulmaq üçün sonuncu gün gələn ilin yanvarın 27-də saat 23:59:59 radələrində bitir. Yeni kampaniya haqqında ətraflı məlumat almaq üçün xahiş olunur, *555#YES yığıb “Kampaniyalar” menyusuna daxil olun və Yeni İl kampaniyası planını aktivləşdirin.

Abunənin ilk 3 gününü ödəmək üçün balanslarında kifayət qədər vəsait olmayan Prepaid (əvvəlcədən ödəmə) “Cin” və “Klass” abunəçiləri yeni plana qoşula bilməyəcəklər. Bu halda, abunəçilər kampaniyadan faydalanmaq imkanına malik olmaq üçün balanslarına vəsait yükləməlidirlər.

Kampaniyada iştirakı dayandırmaq istəyən abunəçilər *552*0#YES kodunu yığmaqla bunu edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR