Nazir: "Aidiyyatı qurumların istifadəsiz torpaqlara dair qərarı yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq"

Nazir: "Aidiyyatı qurumların istifadəsiz torpaqlara dair qərarı yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq"
# 23 sentyabr 2015 16:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “İstifadə olunmamış torpaqlardan artıq 4 nazirliyin müsbət rəyinin hazırlanmış variantını artıq almışıq”.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib.

“Yalnız Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu günlərdə rəy təqdim ediləcək. Bayramdan sonrakı həftə ərzində istifadə olunmayan torpaqlara dair aidiyyatı qurumların qərarı Nazirlər Kabinetinə təqdim olunacaq”, - deyə nazir vurğulayıb.

H. Əsədov zəbt olunmuş torpaqlarla bağlı qanun layihəsinin artıq Milli Məclisə təqdim edildiyini əlavə edib. Onun sözlərinə görə, yaxın günlərdə qanun layihəsinin müzakirəsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR