Paris prokuroru: “Terror aktları şəhərin altı nöqtəsində törədilib”

Paris prokuroru: “Terror aktları şəhərin altı nöqtəsində törədilib”
# 14 noyabr 2015 02:56 (UTC +04:00)

Bakı-APA. Fransanın paytaxtı Parisdə baş vermiş terror aktları şəhərin altı müxtəlif nöqtəsində törədilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Parisin prokuroru Fransua Molens bəyan edib.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 terrorçu ölüb . Onlardan 3-ü girovlar azad edilərkən “Bataklan” konsert zalında məhv edilib. Daha 2-si “Stad de Frans” stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olub.

Hazırda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Terrorçuların tapılması üçün əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR