Manatın xarici valyutalara nəzərən məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara nəzərən məzənnəsi açıqlanıb
# 01 sentyabr 2016 07:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 31-i ilə müqayisədə dəyişməyərək 1,6321 manat olaraq qalıb.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8204 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası da dəyişməyərək 0,0250 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,05% möhkəmlənərək 0,5517 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1458 manatdır. Beləliklə, funt sterlinq 0,31%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,44% artaraq 0,7112 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR