Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Holokost və Xocalı müasirlərin gözü ilə” tədbiri keçirilib

Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Holokost və Xocalı müasirlərin gözü ilə” tədbiri keçirilib
# 26 yanvar 2016 10:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Slavyan Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Holokost (yəhudi soyqırımı) qurbanlarının beynəlxalq anım gününə həsr edilən “Holokost və Xocalı müasirlərin gözü ilə” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, anım tədbirində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev, BSU-nun rektoru, professor Asif Hacıyev, Bakıda fəaliyyət göstərən yəhudi icmalarının təmsilçiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ölkə alimləri iştirak ediblər. Mərasimdə Holokost və Xocalı faciələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər hər iki xalqın etnik mənsubiyyətinə görə soyqırımına məruz qaldığını bildiriblər.

Qeyd olunub ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR