FED rəhbərlərindən biri: "Mərhələli faiz artımının tərəfdarıyam"

FED rəhbərlərindən biri: "Mərhələli faiz artımının tərəfdarıyam"
# 07 sentyabr 2016 09:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Federal Ehtiyatlar Sistemi (FED) ABŞ tarixində ən yavaş faiz artımını yaşamaqdadır". "APA-Economics" xəbər verir ki, bunu San-Fransisko Federal Ehtiyatlar Bankının rəhbəri Con Vilyams deyib.


Onun sözlərinə görə, bir il bundan əvvəl faiz dərəcələrinin artımı daha sürətlə baş verirdi: "Hal-hazırda isə bu artımın 3%-ə çatması iki ildən daha çox davam edə bilər. Bu ay da faiz dərəcələrinin artırılması məsələsi gündəliyə çıxarılacaq, lakin bu məsələ iqtisadi göstəricilər və sentyabrın 20-21-də keçiriləcək iclasdakı müzakirələrdən asılıdır. Mən mərhələli faiz artımının tərəfdarıyam. Mərhələli faiz artımına qayıtmaq lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR