Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinən şəxs İnterpol xətti ilə axtarışa verilib

Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinən şəxs İnterpol xətti ilə axtarışa verilib
# 27 fevral 2016 09:11 (UTC +04:00)

Bakı - APA. Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinən Ruslan Muxudinov İnterpol xətti ilə axtarışa verilib. APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə B. Nemtsovun ailəsinin vəkili Vadim Proxorov bildirib.

Vəkilin sözlərinə görə, axtarışla yalnız İnterpolun Rusiyadakı nümayəndəliyi deyil, habelə təşkilatın Fransanın Lion şəhərində yerləşən baş katibliyi də məşğuldur.

Qeyd edək ki, R. Muxudinov Çeçenistanda doğulub. O Çeçenistanın Daxili İşlər Nazirliyinin "Şimal" batalyonunun sıralarında xidmət keçib.

Ötən ilin noyabrın 8-də Moskvanın Basman məhkəməsi R. Muxudinovu qiyabi həbs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR