Rusiya HHQ və Suriya ordusu Hələbdə genişmiqyaslı əməliyyata hazırlaşır

Rusiya HHQ və Suriya ordusu Hələbdə genişmiqyaslı əməliyyata hazırlaşır
# 10 aprel 2016 13:46 (UTC +04:00)

Bakı-APA. Rusiya Hərbi Hava Qüvvələri (HHQ) və Suriya hərbçiləri Hələbin tam azad edilməsinə dair birgə əməliyyat hazırlayır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu rusiyalı parlamentarilərlə (deputat Aleksandr Yuşenko, deputat Sergey Qavrilov və senator Dmitriy Sablin)görüşdə Suriyanın baş naziri Vail əl-Halki bəyan edib.

Baş nazir deyib ki, Rusiya ilə birgə Hələbin azad edilməsi, atəşkəsə qoşulmayan və atəşkəsi pozan bütün qanunsuz silahlı birləşmələrin mühasirəyə alınmasına hazırlıq aparılır. O, Suriya ordusunun Rusiya HHQ-nin dəstəyi ilə apardığı əməliyyatlar nəticəsində sahədə vəziyyətin Suriya ordusunun lehinə dəyişdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR