Ermənistanda hərbi komissar qətlə yetirilib

Ermənistanda hərbi komissar qətlə yetirilib
# 19 sentyabr 2015 11:49 (UTC +04:00)

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Movses kəndində baş verib.

Ermənistan polisinə xəstəxanaya Berd rayonunun hərbi komissarı, 49 yaşlı Derenik Papyanın meyitinin daxil olması barədə məlumat verilib.

Hadisə yerinə gedən əməliyyatçı qrup müəyyənləşdirib ki, axşam saatlarında hərbi komissarla 41 yaşlı Artur M. arasında mübahisə baş verib və o, 16 mm kalibrli ov silahı ilə D.Papyanı güllələyib. Nəticədə hərbi komissar ölüb. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb, cinayətin törədildiyi silah götürülüb.

Faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR