Baş nazir: “İŞİD sıralarında döyüşən 136 Fransa vətəndaşı öldürülüb”

Baş nazir: “İŞİD sıralarında döyüşən 136 Fransa vətəndaşı öldürülüb”
# 13 oktyabr 2015 02:46 (UTC +04:00)

Bakı-APA. Fransa İŞİD terror qruplaşması ilə mübarizə aparır. Çünki bu qruplaşma təhlükə mənbəyidir və bilavasitə Fransa ərazisində terror aktları törətməyi planlaşdırır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın baş naziri Manuel Vals bəyan edib.

“Təsadüfi deyil ki, ötən həftə və sentyabrın sonlarında Fransa hərbi aviasiyası İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirib. Həmin bazalarda Fransadan olan terrorçular hazırlıq keçib. Son hava hərbəsi zamanı azı 6 Fransa vətəndaşı məhv edilib. Ümumilikdə, Yaxın Şərqdə münaqişə başlanandan 136 fransalı cihadçı öldürülüb”, deyə M.Vals bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR