İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib
# 15 aprel 2016 22:32 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə baş verən avtoqəzada 1 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında İmişlinin Rəsullu kəndi ərazisində baş verən avtoqəzada sərnişin ölüb.

“Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində rayonun Rəsullu kənd sakini, 1994-cü il təvəllüdlü Mustafayev Əmrah Üzeyir oğlu dünyasını dəyişib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR