SOCAR ötən ay dizel yanacağının ixracını 53%-dən çox artırıb

SOCAR ötən ay dizel yanacağının ixracını 53%-dən çox artırıb
# 01 dekabr 2015 15:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabr ayında 92 874 ton dizel yanacağı ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 53,57% çoxdur.

Ötən ay 27 119 ton təyyarə yanacağı ixrac edilib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 57,16% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində 874 473 ton dizel yanacağı ixrac edilib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 1,35% azdır.

Bu ilin 10 ayında SOCAR tərəfindən 228 480 ton təyyarə yanacağı ixrac edilib ki, bu, ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 29,73% çoxdur.

Bu müddət ərzində qurum tərəfindən 280 ton və ya 47,85% az soba mazutu ixrac edilib.

Qeyd edək ki, bu ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 469,26 dollar, təyyarə yanacağının - 435,37 dollar, dizel yanacağının - 407,13 dollar, 1% kükürdlü mazutun qiyməti 210,14 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR