Robert Sekuta: “Azərbaycan üçün mədən sənayesində şəffaflıq çox vacibdir”

Robert Sekuta: “Azərbaycan üçün mədən sənayesində şəffaflıq çox vacibdir”
# 30 aprel 2016 09:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan şəffaflığın daha da artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi məsələlərlə bağlı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nail olacaq”.

APA-Economics”in xəbərinə görə, bunu Bakıda keçirilən “Mədən sənayesində şəffaflığın artırılması koalisiyası”nın XVIII ümumi yığıncağında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, mədən sənayesində şəffaflığın üç əsas cəhəti var. Bunlardan birincisi hökumət, ikincisi ictimai birliklər, üçüncüsü isə korporativ şirkətlədir. Bu üç əsas sütunun üzərində qurulmuş təşəbbüsün uğuru aşağıdakılardan keçir: kim nə qədər məlumat təqdim edə bilər, müzakirə üçün açıqlanmış məlumatın əhəmiyyəti nədən ibarətdir. Məlumatla yanaşı, təqdim etdiyimiz verilənlər də izah olunmalıdır”.

Səfir əlavə edib ki, ABŞ və Azərbaycana gəldikdə, bu təşəbbüsün rolu olduqca vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR