Pakistanda daşqınlar nəticəsində 29 nəfər ölüb, 20 nəfər itkin düşüb

Pakistanda daşqınlar nəticəsində 29 nəfər ölüb, 20 nəfər itkin düşüb
# 08 avqust 2016 00:22 (UTC +04:00)

Bakı-APA. Pakistanda son üç gün ərzində yağan güclü yağış və baş verən daşqınlar nəticəsində 29 nəfər ölüb, 20 nəfər itkin düşüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, tək Kəraçi şəhərində 14 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhərin əksər ərazilərində elektrik enerjisi kəsilib.

Bəlucistan əyalətində təbii fəlakət 8 nəfərin həyatına son qoyub, 5 nəfər xəsarət alıb. Ölüm faktları həmçinin ölkənin cənub və cənub-qərb bölgələrində qeydə alınıb. Bir çox ərazilərdə avtomobil yolları su altında qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR