Çay evində adam bıçaqlayan şəxsə hökm oxunub

Çay evində adam bıçaqlayan şəxsə hökm oxunub
# 05 may 2016 14:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Sənan Məmmədəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə S. Məmmədəlizadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 1-də Bakıda yerləşən çay evlərindən birində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü İntiqam Pənahəliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sənan Məmmədəlizadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR