Qardaşını öldürmək istəyən şəxsə hökm oxunub

 Qardaşını öldürmək istəyən şəxsə hökm oxunub
# 01 dekabr 2015 11:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən İmran Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən İmran Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 25-də Maştağa qəsəbəsində qeydə alınıb. İmran Sultanov tüfənglə qardaşı Tərlan İmranova atəş açıb. Tərlan Sultanov xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR