Vaşinqtonda fövqəladə vəziyyət elan olunub

Vaşinqtonda fövqəladə vəziyyət elan olunub
# 21 yanvar 2016 22:49 (UTC +04:00)

Bakı-APA. ABŞ –ın paytaxtı Vaşinqtonda güclü qar səbəbindən fövqəladə vəziyyət elan olunub. APA-nın “ABCNews”-a istinadən verdiyi xəbərə görə, qar çovğunu həmçinin paytaxt ətrafı rayonları da cənginə alıb.

Şimali Karolina ştatının qubernatoru Pet Makrori yollarda iki nəfərin öldüyünü bildirib.

Virciniya ştatının polisi yüzlərlə avtomobilin yollarda qaldığını, bir neçə nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

ABŞ Milli Meteoroloji Xidməti daha güclü qar çovğununun yaxınlaşdığını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR