ABŞ rəsmisi: “Azәrbaycanla ticarәt әmәkdaşlığı üçün müxtəlif sahәlәrdә çox böyük potensial var”

ABŞ rəsmisi: “Azәrbaycanla ticarәt әmәkdaşlığı üçün müxtəlif sahәlәrdә çox böyük potensial var”
# 18 noyabr 2015 18:19 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "ABŞ hökumәtinin, o cümlәdәn bizim missiyanın mәqsәdi Azәrbaycanla ABŞ arasında ümumi ticarәt әlaqәlәri qurmaqdır".

APA-nın mәlumatına görә, bu sözlәri ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli deyib.

Onun sözlәrinә görә, ABŞ Azәrbaycanda ticarәt vә investisiyanın həcmini artırmaq istəyir: "Azәrbaycanda hökumәt vә özәl şirkәtlәrlә səmərəli müzakirәlәrimiz olub. Gәlәn dәfә Azərbaycana 15 yox, 45 nәfәrlik nümayәndә heyәti ilә gәlmək niyyətindəyik. Azәrbaycanla ticarәt әmәkdaşlığı üçün müxtəlif sahәlәrdә çox böyük potensial var. Onu da qeyd edim ki, Azәrbaycan artıq kәnd tәsәrrüfatlı mallarını ABŞ-a ixrac edir. Azәrbaycan öz iqtisadiyatında rәqabәtliliyi artırdıqca ixracını artıracaq vә iqtisadiyyat diversifikasiya olacaq. Bu isə öz növbәsindә yeni iş yerlәrinin yaradılması demәkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR