Pakistanda kömür mədənində uçqun nəticəsində 7 nəfər ölüb, 45 nəfər yerin altında qalıb

Pakistanda kömür mədənində uçqun nəticəsində 7 nəfər ölüb, 45 nəfər yerin altında qalıb
# 12 mart 2016 18:25 (UTC +04:00)

Bakı-APA. Pakistanın Orkazay rayonunda daş kömürü mədənində baş vermiş uçqun nəticəsində 7 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, 45 şaxtaçı hələ də yerin altında qalmaqdadır.

Hadisə baş verən zaman mədəndə 60 şaxtaçı olub. Hazırda hadisə yerində xilasetmələri işləri aparılır.

İnsidentin təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR