® Master Tibot-da böyük Yaz kampaniyası başladı!

<font color=red>® </font> Master Tibot-da böyük Yaz kampaniyası başladı!
# 01 mart 2016 07:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycanda “Hər şey ev üçün” konsepti ilə müştərilərinə Avropa istehsalı olan məhsullar təklif edən Master Tibot mağazası 1 Mart tarixindən etibarən hər kəsə faydalı olacaq endirim kampaniyasına start verir.

Mənzilinizdə dəyişiklik etmək zamanıdır

Mağaza, öz mənzilində dəyişiklik etmək istəyən xanımlara Türkiyə istehsalı olan Xalça və Yataq örtüklərinə 35% endirim elan edir. Mağazaya təşrif buyuran xanım müştəriləri həmçinin Belçika istehsalı olan mətbəx ləvazimatlarını, Türkiyə istehsalı olan qazan, tava, çəngəl və bıçaq dəstlərini, ütü masalarını və qurutma aksessuarlarını 35% endirimlə əldə edə bilərlər.

Cehiz üçün endirimli elektrik ev alətləri

Bu il ərzində övladlarının xeyir işini etməyi planlaşdıran valideynlər öz övladları üçün Türkiyə istehsalı olan keyfiyyətli elektrikli ev alətlərini düz 40% endirimlə ala biləcəklər.

Bağ evinizə rahatlıq gətirin

İsti havalarda həftə sonlarını bağ evində keçirməyi sevən müştərilər İtaliya, Bolqarıstan və Türkiyə istehsalı olan plastmas və taxta ev mebellərini 25-50% endirim qiymətləri ilə almaqla, yeni bağ mövsümünün dadını çıxara bilərlər. Bundan əlavə həyət yanı sahəsində taxta və ya dəmir yelləncəklər quraşdıraraq öz uşaqlarını sevindirmək istəyənlərdə mağazaya buyura bilərlər.

Keyfiyyətli iş görməyi sevən ustalar

Mağaza, həmçinin fərdi evlərdə və ya tikinti sahələrində çalışan ustaları öz mağazasına dəvət edir. Öz işində keyfiyyəti ön plana çəkən ustalar mağazanın usta alətləri üçün elan etdiyi 25%-lik endirimindən faydalana bilərlər.

Qeyd edək ki, Master Tibot mağazasının əsası 1998-ci ildə qoyulub. Artıq 18 ildir ki, mağaza istehlakçıların ehtiyaclarını və Azərbaycan bazarının tələblərini də diqqətlə izləyərək müştərilərinə xidmət göstərir. Mağaza, Xətai rayonu, F.Bayramov 28 ünvanında yerləşir (Bakı Əyləncə Mərkəzinin yanı). Tel: (012) 490 22 25

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR