“Moody's” Azərbaycanın reytinqini dəyişib

“Moody
# 06 fevral 2016 08:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının və emitent reytinqini “Baa3” səviyyəsindən “Ba1” səviyyəsinədək endirib.

APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyinin hesabatında qeyd olunub.

Agentliyin ekspertləri bildirir ki, reytinq aşağı salınmasına bir neçə səbəb var. Bunlar neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın iqtisadi inkişafına təsiri və orta müddətli iqtisadi inkişaf perspektivlərinin zəifləməsi, Azərbaycanın maliyyə sisteminə və ödəmə balansı mövqeyinə olan təzyiqlərin və məzənnəyə olan etibarın itməsi, fiskal mövqeyin və dövlətin borc göstəricilərinin pisləşməsidir.

Bundan başqa, agentliyin hesabatında qeyd olunur ki, Azərbaycanın xarici valyutada olan istiqrazlarının və depozit tavanı reytinqi müvafiq olaraq “Baa3/P-3” və “Baa3/P-3” səviyyəsindən “Ba1/NP” və “Ba2/NP” səviyyəsinədək enib.





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR