AFFA “Rəvan” klubu adsız formaya görə cərimələyib

AFFA “Rəvan” klubu adsız formaya görə cərimələyib
# 23 fevral 2016 10:34 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.

“İnter” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimə ödəyəcək.

“Qarabağ” – “Neftçi” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün bakılılar da 1000 manat ziyana düşüb.

“Rəvan” isə “Zirə” ilə matça görə cəzalanıb. Belə ki, oyunun videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan”ın futbolçusu Elnur Abdulov 75-ci dəqiqədə meydançaya daxil olarkən formasında adı qeyd olunmayıb. Autsayder Abdulovun adsız forması üçün 1000 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR