Bakı sakininin avtomobilində silah aşkarlanıb

Bakı sakininin avtomobilində silah aşkarlanıb
# 27 may 2016 09:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı sakininin avtomobilində silah tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tural Haqverdiyevə məxsus “Volkswagen” markalı avtomobilə baxış zamanı nömrəsi silinmiş “Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR