Milli Məclisin növbəti üç plenar iclasının tarixi məlum olub

Milli Məclisin növbəti üç plenar iclasının tarixi məlum olub
# 24 mart 2016 07:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin yaz sessiyasında növbəti üç plenar iclasının tarixləri bir dəfəyə təsdiqlənib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, növbəti üç iclas aprelin 5-i, 15-i və 26-sı keçiriləcək.

Aprelin 5-i keçiriləcək iclasın gündəliyinə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) hesabatı nəzərdə tutulub. Digər iki iclasın gündəliyi isə hələlik tam müəyyənləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR