Robert Sekuta: "Azərbaycan haqlı olaraq bütün irqlərin və dini inancların tolerantlıq, dostluq ölkəsi kimi tanınıb"

Robert Sekuta: "Azərbaycan haqlı olaraq bütün irqlərin və dini inancların tolerantlıq, dostluq ölkəsi kimi tanınıb"
# 22 sentyabr 2015 14:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan haqlı olaraq bütün irqlərin və dini inancların tolerantlıq, dostluq ölkəsi kimi tanınıb”.

APA-nın məlumatına görə, bu sözləri Şəkidə Kiş məbədini ziyarət edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O, Quba rayonunun Krasnaya Sloboda kəndinə səfər etdiyini, oradakı Dağ Yəhudiləri icmasından Azərbaycanda sığınacaq tapdıqları və dəstək gördükləri barədə eşitdiyi deyib: “Lakin tolerantlıq dünyada bəzən kövrək olur. Bir çox qüvvələr Azərbaycanın formalaşdırdığı başqalarına hörmət prinsipinə qarşı çıxıb. Hər bir millətdə, hər bir nəsildə biz bu yaxşı tendensiyanı qorumalı, qeyri-tolerant qüvvələrə qarşı vuruşmalıyıq”.

Səfir Kiş məbədini bir çox insanlar üçün uğur hekayəsi adlandırıb: “Bu kilsəni bərpa edən və qoruyan heyətə təşəkkür edirəm. Bu, çox təsiredicidir ki, Tur Heyerdal və Norveç hökuməti bu abidəni qorumaq işinə qoşulub. Azərbaycan hökuməti də bu xəzinəni qorumaq və bərpa etmək işindəki köməyinə görə tərifə layiqdir. Bu abidə Azərbaycanın tolerantlıq tarixi və ənənəsini nümayiş etdirir. Maraqlıdır ki, bu abidənin sevgi ilə qorunduğu, qayğısına qalındığı kənd müsəlmanların kəndidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR