Nazirlik: Müəssisə və təşkilatlarda 250-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Nazirlik: Müəssisə və təşkilatlarda 250-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
# 02 oktyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi və Efirə radionəzarət şöbəsinin bölgələr üzrə efirə radionəzarət məntəqələrinin mühəndisləri tərəfindən aparılan texniki baxış cari ildə də davam etdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində iş planına və DRİ-yə daxil olan müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 455 akt tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 254 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 121 ədədi möhürlənib, 36 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 90 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 24 protokol yazılmış və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR