Azərbaycan yığmasının rəqibi Macarıstanla qarşılaşacaq

Azərbaycan yığmasının rəqibi Macarıstanla qarşılaşacaq
# 02 fevral 2016 07:58 (UTC +04:00)

Bakı – APA. DÇ-2018-in seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan Almaniya millisinin daha bir rəqibi məlum olub. Apasport.az-ın xarici mətbuata istinadən məlumatına görə, Bundestim Avropa çempionatının final mərhələsi öncəsi son yoldaşlıq görüşünü iyunun 4-də keçirəcək.

Martın 26-da Berlində İngiltərə, 3 gün sonra Münhendə İtaliya, mayın 29-da isə Auqsburqda Slovakiya ilə qarşılaşacaq almanlar iyunun 4-də Helzenkirhendə Macarıstanı sınağa çəkəcəklər.

Son qarşılaşmanın ardından baş məşqçi Yoahim Löv yekun heyəti müəyyənləşdirəcək və komandasını qitə birinciliyinin keçiriləcəyi Fransaya aparacaq. Avropa çempionatının qrupunda isə Almaniya müvafiq olaraq, Ukrayna (12 iyun), Polşa (16 iyun) və Şimali İrlandiya (21 iyun) ilə qarşılaşacaq.


Qeyd edək ki, almanlar DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə yanaşı, Norveç, Çexiya, Şimali İrlandiya və San Marino ilə eyni qrupda yarışacaq. Yığmamızın almanlarla oyunları gələn ilə təsadüf edir. Martın 26-da Bakıda qəbul edəcəyimiz rəqiblə oktyabrın 8-də səfərdə üz-üzə gələcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR