Sumqayıt sakini Xaçmazda dəm qazından zəhərlənərək ölüb

Sumqayıt sakini Xaçmazda dəm qazından zəhərlənərək ölüb
# 27 mart 2016 10:41 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Əzizova Sevinc Kamil qızı dəm qazından zəhərlənərək ölüb.

S. Əzizovanın meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Ekspertizadan sonra cəsəd ailə üzvlərinə təhvil verilib.


Faktla bağlı araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR