FTƏP və PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

FTƏP və PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib
# 10 mart 2016 08:35 (UTC +04:00)

Bakı - APA. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" (FTƏP) və "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, FTƏP və PAP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi, NATO-Azərbaycan hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına verdiyi töhfə barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR