ABŞ dollarının möhkəmlənməsi dünya bazarında nefti ucuzlaşdırıb

ABŞ dollarının möhkəmlənməsi dünya bazarında nefti ucuzlaşdırıb
# 04 iyun 2016 08:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar azalaraq 48,62 dollar təşkil edib.


"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar azalaraq 49,64 dollar olub.

Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR