Lavrovla Kerri arasında telefon danışığı olub

Lavrovla Kerri arasında telefon danışığı olub
# 04 fevral 2016 13:45 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.


O, telefon danışığı zamanı Suriya münaqişəsinin əsas müzakirə mövzusu olduğunu deyib:"Lavrovla Kerri BMT-nin himayəsi altında Cenevrədə keçirilən Suriya danışıqlarında yaranmış fasilənin qısa olmasına çalışacaqlarını təsdiqləyiblər. Bundan başqa fevralın 11-də Münhen təhlükəsizlik konfransı çərçivəsində Suriyaya dəstək beynəlxalq qrupu nazirləri görüşünün keçirilməsi barədə əldə olunmuş razılıq təsdiqlənib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR