Cavid Qurbanov Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

Cavid Qurbanov Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb
# 19 yanvar 2016 14:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Hindistanının ölkəmizdəki səfiri Sanjay Rana ilə görüşüb.

QSC-nin Mətbuat Katibliyindən APA-ya verilən məlumata görə, görüşdə C. Qurbanov dəmir yolunda həyata keçirilən layihələr, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə həmçinin Hindistan və Azərbaycanın əməkdaşlıq perspektivləri məsələləri müzakirə olunub. S. Rana "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirib.


Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR