Sabirabad sakini qonşusu ilə mübahisədən sonra ürək tutmasından dünyasını dəyişib

Sabirabad sakini qonşusu ilə mübahisədən sonra ürək tutmasından dünyasını dəyişib
# 17 oktyabr 2015 18:29 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda qonşusu ilə mübahisə edən şəxs evinə qayıtdıqdan sonra dünyasını dəyişib.

Sabirabad rayonu Qaragüney ərazi polis bölməsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, axşam saatlarında Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, 1945-ci il təvəllüdlü Quliyev Mikayıl Əliqulu oğlu qonşusu ilə mübahisədən sonra ürək tutmasından dünyasını dəyişib. Sonuncunun ailə üzvləri polisə müraciət edərək ailə başçısının döyüldüyünü və bunun nəticəsində öldüyünü iddia ediblər. Ailə üzvlərinin polisə müraciəti əsasında M.Quliyevin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyində ekspert müayinəsindən keçirilib. Ekspertizanın nəticələrindən sonra ölümün səbəbi aydınlaşacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR