Rusiya ATƏT DTİHB-də audit aparılmasını tələb edir

Rusiya ATƏT DTİHB-də audit aparılmasını tələb edir
# 11 noyabr 2015 14:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rəsmi Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun işinin auditinin aparılmasının vacib olduğunu bildirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib. O qeyd edib ki, ATƏT-i idarə edən orqanların DTİHB-nin fəaliyyətinə nəzarət etməsinə ehtiyac var: “Ona görə də bu qurumun auditi məsələsi çox məntiqlidir. Bilmək istəyirik ki, pullar necə və hansı layihələrə yönəldilir? Könülü yardımlar haradan edilir? Onlar hansı sifarişlərə gedirlər? Bu tamamilə ədalətli tələbdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR