Sayalı Sadıqova: ““Azərbaycan dilində şəxs adları lüğəti” hazırlanıb”

Sayalı Sadıqova: ““Azərbaycan dilində şəxs adları lüğəti” hazırlanıb”
# 11 noyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan dilində şəxs adları lüğəti” hazırlanıb. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya deyib ki, “Azərbaycan dilində şəxs adları lüğəti” adlı kitaba Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib.

Onun sözlərinə görə, kitab çap olunandan dərhal sonra bütün “ASAN xidmət” mərkəzlərinə göndəriləcək: “Kitab əyani vəsait kimi “ASAN xidmət” mərkəzlərinə təqdim olunacaq. Uşaqlara yad dildə, qəribə, gülünc adlar qoyularkən “ASAN xidmət” mərkəzlərindən bizə tez-tez müraciət edib dəqiqləşdirmələr aparılır. Artıq lüğət onların əlinin altında olacaq və hər hansı sual yarananda kitaba müraciət edəcəklər. Bu kitab uşaqlara ad qoyulması zamanı “ASAN xidmət” mərkəzləri üçün çox faydalı olacaq”.

Sədr müavini qeyd edib ki, “Azərbaycan dilində şəxs adları lüğəti” kitabına 5000-ə yaxın ad daxil edilib: “Kitaba müasir dövrümüz üçün daha yaxşı səslənən adlar daxil edilib. Elə adlar var ki, 5-6 sözün birləşməsindən ibarətdir. Biz o adları kitaba daxil etməmişik. Azərbaycan dilində olan ən yaxşı şəxs adları kitaba daxil edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR