Qaraçuxur qəsəbəsinin su təchizatı məhdudlaşdırılır

Qaraçuxur qəsəbəsinin su təchizatı məhdudlaşdırılır
# 17 mart 2016 07:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Məlumata görə, martın 17-si, gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR