Ülvi Mansurovun qardaşı Beynəlxalq Bankın tərəfdaşlığı ilə Çexiyada şirkət açıb

Ülvi Mansurovun qardaşı Beynəlxalq Bankın tərəfdaşlığı ilə Çexiyada şirkət açıb
# 30 dekabr 2015 07:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Çexiyaya məxsus “CzechConstructionService” MMC adlı tikinti şirkəti Azərbaycanda nümayəndəlik açıb.

Bu barədə “APA-Econonmics”ə Vergilər Nazirliyindən xəbər verilib.

Şirkətin qanuni təmsilçisi Anar Eldar oğlu Mansurovdur. Nümayəndəlik Bakının Yasamal rayonu, Tbilisi prospekti ev 49C ünvanında yerləşir.

MMC cari ilin dekabrın 4-də dövlət qeydiyyatına alınıb.

"APA-Economics"in araşdırması nəticəsində məlum olub ki, Anar Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Ülvi Mansurovun qardaşıdır. Bundan başqa, Çexiya internet resurslarında qeyd edilib ki, şirkətin tərəfdaşı Azərbaycan Beynəlxalq Bankıdır.

Onu da qeyd edək ki, Ülvi və Anar qardaşları xalq artisti, bəstəkar Eldar Mansurovun övladlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR