Bakıdakı Şuşa şəhərciyində iki ev yanıb

Bakıdakı Şuşa şəhərciyində iki ev yanıb
# 10 oktyabr 2016 08:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində qeydə alınıb.

Bir-birinə bitişik iki yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, evlərdən biri ötən il də yanıbmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR